Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Noyabrın 2-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib. Elan üzrə 7 dövlət orqanında mövcud olan 12 vakant vəzifə müsahibəyə çıxarılıb. Ümumilikdə isə 25 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsahibə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ekologiya və Təbii Sərvətlər Nazirliyində satınalmalar və əsas vəsaitlərin uçotu sektorunun müdiri (1 vakant yer üzrə 6 namizəd), Hesablama Palatasında hüquq və kadr məsələləri şöbəsində məsləhətçi (1 vakant yer üzrə 6 namizəd) vəzifələri olub.

Müsahibələrin dekabrın 14-dən 18-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=191 linkindən əldə edə bilərlər.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Hicran Məmmədova :