Səbinə Əhmədova,
2 saylı Gəncə regional “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin rəisi
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23.09.2020-ci il tarixdə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda qeyd edilir ki, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:
– doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;
– doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;
– doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;
– doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.
Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi,ananın soyadı,adı,atasının adı,yaşayış yeri,şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) TƏBİB-in tabeliyindəki tibb müəssisə tərəfindən dərhal icbari tibbi sığorta üzrə Dövlət Agentliyinə ,digər tibbmüəssisəsi tərəfindən isə Səhiyyə nazirliyinə ötürülür.Səhiyyə nazirliyi və İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS(Elektron Hökümət İnformasiya sistemi) vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür
Yeni doğulmuş övladınızın doğum haqqında şəhadətnaməsini əldə etmək üçün Elektron Hökümət Portalında “Doğum qeydiyyatı üçün elektron müraciət “xidmətindən istifadə olunur.
İstifadəçi qeydiyyat orqanına getmədən doğumun qeydiyyatı üçün elektron müraciət forması elektron qaydada doldurur.
Elektron xidmətdən istifadə etmək üçün uşağın doğumu haqqında tibbi şəhadətnamə,uşaq tibb müəssisəsindən kənarda doğulduqda,doğuma kömək göstərmiş və ya doğuşdan sonar valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd,uşaq ölü doğulubsa,onun ölü doğulması barədə həkim verdiyi sənədvə ya uşaq,ana tibbmüəssisəsindən çıxmamışdan əvvəl ölübsə,doğum və ölüm haqqında həkimin verdiyi sənəd, həmçinin ana nikahda olduqda nikah haqqında şəhadətnamənin skan esilmiş surəti, valideynlərin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, milliyət haqqında qeydin əsası tələb olunur. Həmin sənədlər elektron qaydada ərizəyə əlavə edilir
İstifadəçi tələb olunan məlumatları düzgün daxil edildikdə sorğu qəbul olunur və qeydiyyat orqanı tərəfindən iş günü müddətində icra edilir.