Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə vətəndaş qəbulu keçirib.
Görüşdə qazilər, müharibə iştirakçıları və sıravi vətəndaşlar iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən işsizlik, özünəməşğulluq və səhiyyə ilə bağlı olub. Həmçinin, şəhərin idman sahəsini daim diqqətdə saxlayan deputata bu istiqamətdəki çatışmazlıqlarla bağlı müraciətlər də olub.