Keçiriləcək dörd oyunla 1/8 finalın bütün iştirakçıları məlum olub. G qrupunda Portuqaliya ilə Qana millisi qarşılaşıb. Görüş Paulo Bentunun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu qələbə Portuqaliyanın qrupdan çıxmasına kifayət etməyib. ABŞ Almaniyaya 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, top nisbətinə görə 1/8 finala yüksəlib.
G qrupunun lider Almaniyanın 1/8 finaldakı rəqibi H qrupunun ikincisi olacaq. ABŞ isə həmin qrupun birincisi ilə qarşılaşıb.
H qrupunda Əlcəzair Rusiya ilə, Cənubi Koreya isə Belçika ilə qarşılaşıb. Belçika buna qədər 1/8 finala vəsiqəni təmin etmişdi. Cənubi Koreya isə Belçikaya 0:1 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb. Bu qrupda əsas maraq Əlcəzair – Rusiya matçına idi. Aktivində dörd xalı olan Afrika təmsilçisini 1/8 finala yüksəlmək üçün heç-heçə qane edirdisə, ruslar mütləq qələbə qazanmalı idilər. Lakin bu matçda heç-heçə oynayan Əlcəzair yığması 1/8 finala yüksəlib.
26 iyun
H qrupu
01:00. Əlcəzair – Rusiya – 1:1 – Video
Qollar: Kokorin, 6 (0:1), Slimani, 60 (1:1)
01:00. Cənubi Koreya – Belçika – 0:1 – Video
Qol: Vertongen, 78 (0:1)
Qırmızı vərəqə: Stiven Defur, 45 (Belçika)
G qrupu
21:00. Portuqaliya – Qana – 2:1 – Video
Qollar: Boye, 31 -avtoqol, (1:0), Qyan, 56 (1:1), Ronaldo, 80 (2:1)
21:00. ABŞ – Almaniya – 0:1 – Video
Qol: Müller, 55 (0:1)
Mənbə: Qol.az