Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi yanında İqlim Dəyişikliyi Departamenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) türkiyəli iştirakçıları üçün yaradılan internet saytını təqdim edib.
AZƏRTAC xəbər verir ki, departament noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-un əhəmiyyətinə diqqət çəkib.
Konfransda iştirak etmək istəyənlər www.cop29turkiye.com saytında anket doldurmağa dəvət olunur.
Həmin resursda Azərbaycan paytaxtında keçiriləcək iqlim konfransı ilə bağlı ən çox verilən suallara cavablar da var.
COP29 çərçivəsində paralel tədbirlər üçün fərdi müraciətlərin qəbulu 11 oktyabr 2024-cü ildə başa çatır. Eyni zamanda, həmin tarixdən sonra da konfransın “Mavi zona” adlanan hissəsində iştirak üçün ərizələrin göndərilməsi davam edəcək.