İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. Azərbaycan millisinin yer aldığı D qrupunda III tura 2 oyunla yekun vurulub.
Meydana öncə Kuba və Yaponiya yığması çıxıb. Asiyalıların aşkar favorit olduğu görüşdə heç bir sensasiya baş verməyib. Yaponlar rəqibini 0:3 (29:25; 24:26; 23:25; 19:25) hesabı ilə məğlub edib.
Günün son görüşündə isə Belçika və Çin voleybolçuları qarşılaşıb. II turda Yaponiyaya 1:3 hesabı ilə uduzan avropalılar bu dəfə də Asiya təmsilçisinə boyun əyib.
Qeyd edək ki, III turun ilk matçında Azərbaycan millisi Puerto-Rikaya 3:2 hesabı ilə qalib gəlib.
25 sentyabr
III tur
Belçika – Çin – 0:3 (21:25; 22:25)
Kuba – Yaponiya – 0:3 (29:25; 24:26; 23:25; 19:25)
Puerto-Riko – Azərbaycan – 2:3 (20:25; 26:24; 24:26, 25:16; 15:17)
Çin | 2 | 2 | 0 | 6-0 | 150-107 | 6 |
Azərbaycan | 3 | 2 | 1 | 6-7 | 256-285 | 4 |
Yaponiya | 2 | 1 | 1 | 5-4 | 197-192 | 4 |
Puerto-Riko | 3 | 1 | 2 | 5-6 | 248-249 | 4 |
Belçika | 2 | 1 | 1 | 4-3 | 165-140 | 3 |
Kuba | 2 | 0 | 2 | 0-6 | 109-152 | 0 |
Mənbə: Apasport.az