Əlimuxtar Muxtarov,
AMEA Gəncə Böməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycanın 1960-cı illərinin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 35 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı dünyaya doğan günəşə çevirməyi qarşısına məqsəd qoyan Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu əqidəsindən, fəaliyyətindən dönmədi, sarsılmadı və arzularını gerçəyə çevirdi.
Əlbəttə ki, o yaxşı bilirdi ki, bu yol çətindir, məşəqqətlidir, hətta keçilməzdir, amma yenə də ömrünü həsr etdiyi doğma Azərbaycanının o dövrki çiləli, əzablı və məşəqqətli vəziyyəti Ulu Öndəri sarsıtmadı, yıxa bilmədi. Ona görə yıxa bilmədi ki, qəlbi Azərbaycan boyda idi. Ona görə sarsıda bilmədi ki, O elə doğma Azərbaycan xalqının ən çətin günlərində xalqını, dövlətini işıqlı günlərə çıxarmaq üçün Ulu Tanrı tərəfindən doğma xalqımıza bəxş edilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövrdə ölkəmiz ən çətin günlərini yaşayıb. Və yalnız O gəldikdən sonra Azərbaycan yaşadığı ən taleyüklü çətin problemlərdən qurtulmuş gələcəyə inamla, ilhamla irəliləmişdir.
Ümummilli Lider 1969-cu ilin 14 iyununda Azərbaycana rəhbərliyə başlayanda SSRİ məkanında aqrar ölkə kimi tanınan Azərbaycanı qısa zaman ərzində Sovet İttifaqının ən böyük sənaye, elm mərkəzinə çevirdi.
1993-cü ildə isə xalqın xahişi ilə yenidən Azərbaycana rəhbərliyə başlayanda yenicə müstəqillik qazanmış ölkəmiz nəinki müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi, eyni zamanda həmin dövrdə Azərbaycan qardaş qırğınlarının meydanına dönmüşdü. Və yalnız Ulu Öndərimiz gəldikdən sonra Azərbaycan bu qara ləkədən qurtuldu, müasir inkişafımızn, möhkəm təməlləri qoyuldu.
Həmin qanlı-qadalı, inkişaf səbəblərimizin sükut etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev doğma və müdrik xalqı ilə yanaşı, o dövrdə Azərbaycanı o vəziyyətə salan anti-milli dairələrə, insanlara müraciət edərək deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim… Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Məhz belə bir Azərbaycan sevgisinə sahib olan şəxs ölkəmizi irəli apara bilərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində Ulu Öndər haqqında danışarkən söylədiyi :“Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur – onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır. ” fikirləri Müstəqil Azərbaycanın Onun şah əsəri olduğunu bir daha təsdiqləyir. Heydər Əliyevin fəakarlığı ölçüyəgəlməz miqyasda olmuşdur. Azərbaycan üçün, Azərbaycan xalqı üçün nümayiş etdirdiyi fədakarlıq nümunəsi şəxsi həyatı kontekstində övladlarının müstəqil Azərbaycanın yaşaması uğrunda qurban verməyə hazır olması ilə ölçülür ki, bu da ancaq Heydər Əliyev şəxsiyyətinə, dühasına məxsus ola bilərdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqına, Azərbaycan Respublikasına göstərdiyi bu misilsiz, ölçüyəgəlməz xidmətlər xalqımızn hər bir nəfərinin yaddaşında əbədiyyətə qədər yaşaycağı kimi, dünyanın nufuzlu dövlət xadimlərinin də hər zaman xatırlayacaqları, dilə gətirəcəkləri və etiraf edəcəkləri həqiqətlərdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsiyyətini, dövlətçilik təcrübəsini, iki ölkə arasında qurulan dostluq münasibətlərinə verdiyi töhfələri hər zaman yüksək qiymətləndirmiş, nəinki Ulu Öndərin müstəqillik illərində Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi əhəmiyyətdən, eyni zmanda SSRİ zamanında böyük dövlət adamı Heydər Əliyevin dilindən, dinindən aslı olmayaraq, İttifaqda yaşayan hər bir xalqın həyatında oynadığı rolu da yüksək qiymətləndirmiş və örnək kimi təqdim etmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin: “Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz işlər görüb. Onu heç vaxt unutmaq olmaz. Qoy, azərbaycanlılar məndən inciməsinlər, Heydər Əliyev Azərbaycan çərçivəsinə sığan siyasətçi deyildi.O, ümumbəşəri bir siyasətçi idi”.
“Onun siyasi müdrikliyi, uzaqgörənliyi çətin məsələlərin həllində özünü göstərib. Bu, ona həm Azərbaycan, həm də dünyada böyük nüfuz qazandırıb. Heydər Əliyev müstəqil Azərbaycana çox çətin dövrdə rəhbərlik edib, xalqının əsl lideri olub. Heydər Əliyev Rusiya ilə mehriban qonşuluq siyasətini dəstəkləyib. “Çox xoş haldır ki, bu kursu Prezident İlham Əliyev layiqincə davam etdirir”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2024-cü ilin 18-19 avqust tarixlərində Azərbaycana gerçəkləşdirdiyi rəsmi dövlət səfəri də məhz öz növbəsində zəngin gündəliklə yanaşı, Ulu Öndər Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan xalqına dərin hörmət, ehtiram və sədaqətlə zəngin idi.
Rusiya Prezidentinin Azərbaycan paytaxtına vurğunluğunun fonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi, onun ömür-gün yoldaşı, Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru , professor , Azərbaycan Milli Elmlər Akademiyasının Zərifə xanım Əliyevanı, şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidləri ziyarət edərkən sərgilədiyi yüksək xüsusi həssaslıq yuxarıda sadaladığımız mətləblərin ən bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərliyinin 17-ci ilində Baş Komandanlığı ilə rəşadətli ordumuzun, şəhidlərimizn, qazilərimizin, müdrik xalqımızn Dəmir Yumruq ətrafında birləşərək qədim, əziz Şuşanın işğaldan azad edilməsi, 20-ci lində isə Xankəndi də daxil olmaqla işğal altında olan bütün ərazilərimizin azad edilərək ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsi ilə cənab İlham Əliyevin uzaq görən, müdrik siyasəti ilə regionda yeni reallıqlar formalaşmışdır ki, bu reallıqlar da Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevi : “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” siyasətinə əsaslanır.