Avropa Oyunlarında boks yarışları davam edir.
Kristal Zalında keçirilən yarışlarda bu gün ¼ finalın oyunları ilə yanaşı yarımfinal görüşləri də keçiriləcək.
Bu gün Azərbaycanın 4 idmançısı meydana çıxacaq. Onlardan ikisi yarımfinala, ikisi finala çıxmaq üçün yarışacaqlar.
56 kq-da Tayfur Əliyev həllediici görüşə vəsiqə qazanamq üçün rusiyalı Baxtova Nazirovu məğlub etməyə çalışacaq. Bu döyüş 19:30-da başlayacaq.
75 kq çəki dərəcəsində Xaybua Musalov belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Bu görüşdə qələbə qazanan tərəf yarımfinala adlayacaq. Tərəflər saat 13:30-da rinqə çıxacaqlar.
Olimpiya 3-cümüz, 81 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da finala adlamaq üçün bu gün rinqə çıxacaq. Onun rəqibi rusiyalı Pavel Silyaqindir. Görüş 20:15-də start götürəcək.
Bu gün əlcək ustalarının yarışında yeganə qadın təsmilçimiz olan Yana Alekseevna da rinqə ayaq basacaq. O, yarımfinala çıxmaq üçün rusiyalı Zinaida Dobryininanı məğlub etməlidir. Qarşılaşma 12:30-da başlayacaq.
qafqazinfo.az