Mehriban Əliyeva: “Əziz prezidentimiz ad gününüz mübarək!”
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Birinci xanım ölkə başçısına can sağlığı, səbr, işlərində uğurlar arzulayıb:
“Prezident İlham Əliyev müasir dövrün siyasi elitasının görkəmli simalarından biridir. Onun hansı xüsusiyyətlərini vurğulamaq istərdim? Yəqin ki, ilk növbətə vətənpərvərliyini, əlbəttə intellekt və peşəkarlığını, həmçinin inam və əzmkarlığını, Azərbaycan xalqının müdrikliyinə və inamını, başladığı hər bir təşəbbüsə inamını və nəhayət qələbəyə inamını vurğulamaq istərdim.
İlhamın qəlbində hər zamana insana və insanlığın qələbəsinə inam olub və olacaqdır. Elə bunun səbəbidir ki qarşısına qoyduğu hər bir məqsədə çata bilmişdir.
Mən ona ilk növbədə can sağlığı, doğma Azərbaycana xidmət etmək üçün qüvvə və qüdrət arzu edirəm. Arzu edirəm ki, Azərbaycanın gələcək inkişafına dair bütün fikirləri, arzuları həyata keçsin.
Bir də mən ona səbr arzu etmək istəyirəm. Qarabağ kimi düyünü açmaq üçün səbr arzulayıram. Əslində bu böyük bir arzudur. Amma mən inanıram ki, bu yolda da İlham Əliyev qələbəni əldə edəcək. Bu arzu da çin olacaq və biz hamımız o günü görəcəyik.
İlham Əliyev seçdiyi yolun məsuliyyətini dərk edərək bu yolu inamla və ləyaqətlə addımlayır. Arzu edirəm ki, bu yolda onun qarşısına çıxan bütün çətinliklərə qalib gəlib, daha böyük yenilməz və danılmaz uğurlar əldə etsin. Tanrı bu yolu öz amalında saxlasın və İlhamın simasında vətənimizin və xalqımızın gələcəyini, taleyini xoşbəxt və avand etsin. Əziz prezidentimiz ad gününüz mübarək!”
azvision.az