İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. B.Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür. O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib.
Bu arada isə Milli komandanın baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub.