Azərbaycanda bələdiyyə seçkiləri çərçivəsində seçkiqabağı təşviqat prosesi rəsmi olaraq başa çatıb.
yenigence.com xəbər verir ki, bu, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Seçki Məcəlləsinə əsasən, təşviqat yalnız qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, həmçinin namizədləri qeydə alınmış siyasi partiyalar və partiya bloklarının səlahiyyətli nümayəndələri tərəfindən aparıla bilər.
Qanunvericiliyə uyğun olaraq, təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bu müddət 2025-ci il yanvarın 6-da başlayıb və yanvarın 28-i saat 08:00-da sona çatıb.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.