Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirəd əçıxış edib. Müşavirədə əsas iqtisadi məsələlər müzakirə edildi. Dövlət başçısı ölkənin mühüm hədəflərindən biri kimi iqtisadiyyatı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirmək olduğunu bildirdi. Neft-qaz sektorunda yeni layihələrin işlənməsi və yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil ediləcəyi proqnozu verildi. Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırmasının Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi olması da ölkə Prezidenti tərəfindən diqqətə çatdırıldı. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması istiqamətində işlərin sürətləndirilməsi məsələsi də müşavirədə bildirildi.
Dövlətimizin başçısı cənab İlham Əliyev Milli Məclisdəki çıxışında vurğuladığı əsas prioritetləri bir daha xatırlatdı:İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu barədə də danışacağıq. Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.
Müşavirədə həm də gələcək iqtisadi inkişafla bağlı müzakirələr olub. İqtisadi inkişafımızı daha da sürətləndirəcək qərarlar qəbul edilmiş və nəticələr əldə edilmişdi. Ölkə başçımızın yorulmaz fəaliyyətində Azərbaycan xalqının rifahı hər zaman ön planda olmuşdur. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələrin Dövlət İnvestisiya Proqramında öz əksini tapacağı vurğulandı. Göründüyü kimi cənab Prezidentimizin yorulmaz fəaliyyəti Azərbaycan xalqının gələcəyi üçün böyük imkanlar vəd edir.