Bununla əlaqədar olaraq, universitetdə müxtəlif beynəlxalq elmi konfransların, forumların, müsabiqələrin, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı kimi fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ Nazirlər Sovetinin, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialının bazasında Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.