Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.