Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb.
Bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin güclü təməlləri üzərində müstəqil, müasir, suveren, bütöv yeni Azərbaycanı qurub.
“2023-cü il Azərbaycan xalqının və taleyinə uğurlu il kimi düşüb. Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.