Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Şamaxı” klubu “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Gəncə təmsilçisinin qolunu 11-ci dəqiqədə Mixeil Erqemlidze vurub. Oyunun 68-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Bahadur Həziyev bərabərlik qoluna imza atıb.

Xallarının sayını 11-ə çatdıran “Şamaxı” 7-ci pilləyə yüksəlib. On xala malik “Kəpəz” 9-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Zirə”ni qəbul edəcək. Turun ilk matçında “Neftçi” klubu “Səbail”i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qəbələ” matçları ilə yekun vurulacaq.