Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Həm tarixi, həm də müasir dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu qeyd etsək, indi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin zamanı gəlmişdir.
Məlumdur ki, cari ilin aprel ayının 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub.Dövlət başçıları görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
Dövlətimizin başçısı cənab İlhamƏliyev və DeniSassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Bundan başqa digər sənədlər də imzalanmışdır. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələrv arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək.
Konqo Respublikasının Prezidenti DeniSassu-Nqessonu bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edən Prezident cənab İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədə müvafiq ola biləcəyini söylədi.
Sözsüz ki, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin təzahürüdür: “Biz bundan sonrada beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafıda təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır”.
Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir.