Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir.
Dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasəti ölkə gəncləri üçün böyük imkanlar açıb. Məhz gənclər siyasəti sayəsində bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öndə gedirlər. Gənclər öz növbələrində ölkə Prezidentinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir. Bu gün gənclərimizin vətənpərvəlik hissi arzuolunan səviyyədədir. 44 günlük Vətən müharibəsində, Ermənistan tərəfindən isğal etdiyi torpaqların azad olmasında, düşmən təxribatının qarşısını rəşadətlə alan Ordumuza qətiyyətli dəstək göstərmələri gənclərimizin milli ruhda tərbiyə aldıqlarını bir daha təsdiq etdi.
“Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay ola bilər, amma Vətəndən pay olmaz” – deyən gənclərimiz könüllü olaraq ordu sıralarına yazıldı, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda mətanətlə döyüşdülər. Bir Azərbaycan gənci olaraq, fəxr edirəm ki, bizim mərd, milli ruhda tərbiyə alan, dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasın gənclərimiz var.
Altun Süleymanov,
fəal gənc