Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) İdarə heyətinin üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov gəncləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ATGTİ-nin 14 yaşı münasibətilə Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə təltif olunmaları münasibətilə təbrik edib.
Rektor tələbələrə öz məsləhət və tövsiyələrini verərək onları ictimai işlərlə yanaşı dərslərində də uğurlu olmalarının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı ATGTİ tərəfindən ən fəal TGT kimi respublika üzrə IV yerdə qərarlaşıb.
Görüşdə tələbələr də fikir və təkliflərini səsləndiriblər.