Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Cənubi Qafqaz regionunun nüfuz sahibi ölkəsi olanAzərbaycan dünya güclərinin böyük maraqla yanaşdığı əhəmiyyətli bir ərazidir. Burada ikitərəfli və çoxtərəfli mənafelər bir araya gəlməkdədir. Bu baxımdan, Respublikamızın yeni dünya düzənində oynadığı rol əhəmiyyətli dərəcədə artmaqdadır. Dünyada yaşanan əhəmiyyətli iqtisadi, siyasi, mədəni proseslərdə və hadisələrdə Azərbaycan Respublikasının layiqincə təmsil olunması dövlətimizin siyasi nüfuzundan xəbər verir.
Məlumdur ki, 2024-cü ilin iyul ayının 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dəyirmi masadakı çıxışı zamanı dövlət başçımız cənab İlham Əliyevin söylədiyi fikirlər dünyanın diqqət mərkəzindədir. Belə ki, cənab Prezident çıxışı zamanı mühüm məsələləri iştirakçıların nəzərinə çatdırmışdır: “Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üçildənartıqdırki, bizmühümqaztəchizatçısınaçevrilmişik”.
Prezident cənab İlham Əliyev Oksfordda səfər çərçivəsində qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nausedailə görüşmüş və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Bəhs edilən səfər çərçivəsində dövlətimizin başçısı canab İlham Əliyevin Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Çex Respublikasının Baş naziri Petr Fiala və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də ikitərəfli görüşləri baş tutmuşdur. Baş tutan görüşlərdə dövlətlərarası əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılaraq, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Aparılan görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyinin təminində tutduğu yeri möhkəmləndirməkdədir. Ümumilikdə, Avropanın enerji təhlükəsizliyinın təmin edilməsi baxımından Azərbaycanla bağlı planları böyükdür.