AŞPA psixi problemləri olan insanların hüquqlarına dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) psixi problemləri olan insanların hüquqlarına dair qətnamə qəbul edib.

“Report”un Fransa bürosu xəbər verir ki, “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoyulması: insan hüquqlarına əsaslanan yanaşmanın vacibliyi” adlı qətnamədə üzv ölkələrə psixi problemli insanların hüquqlarının qorunması naminə səhiyyədə müvafiq islahatların aparılması tövsiyə olunur.

Qətnamədə bildirilir ki, psixi problemi olan insnalara məcburiyyət formaları tətbiq edən səhiyyə orqanlarının işi yenidən təşkil edilməlidir. Belə ki, bu insanlara tibbi xidmət göstərilən zaman insan hüquqları naminə onların razılıqları alınmalıdır.

Qətnamə hollandiyalı deputat Reina de Bruijn-Wezemanın və Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Sahibə Qafarovanın hesabatı əsasında hazırlanıb.

Nurlana Həbibova :