Oktyabrın 25-də Ankara Şəhər Şurası Yaşıl Gələcək Naminə Türkiyə-Azərbaycan Gənclərinin Həmrəylik Forumuna ev sahibliyi edəcək.
Tədbir Azərbaycan Gənclər Fondu, Ankara Şəhər Şurası, Azərbaycan Gənclərinin Təşəbbüslərinə və İnkişafına Dəstək İctimai Birliyi, Türkiyənin İnternet Media Strukturları Birliyi və “Azərbaycan-Türk Evi”nin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbir iştirakçıları ətraf mühitə qayğı kontekstində iki qardaş ölkənin gənc nəsli arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədlərini müzakirə edəcəklər.