Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Əsrlərin sınağından çıxmış ana dilimiz dünyanın ən zəngin qüdrətli dillərindən biridir. Xalqın mənəviyyatının aynası olan dil həmin xalqın tarixi keçmişini açıqlamaqda ən qüdrətli vasitədir. Poeziyamızın görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin sözləri ilə desək: “Bu dil, əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır”.
Müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salsaq, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
1969-2003 – cü illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dilimizin inkişafı, qorunması üçün mühüm tədbirlər müəyyənləşdirmiş, Azərbaycan dilinin dövlət dili statusunu tam reallaşdırmışdır. Onun imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, demokratiya prinsiplərinin bərqərarolması, Azərbaycan dilinin həqiqi mənada dövlət dili kimifunksiya daşıması, nəhayət, milli özünüdərk prosesinin çoxgüclü şəkildə başlanması və inkişaf etməsi ədəbi dili xəlqiprinsiplər əsasında yeni normalaşma prosesinə daxiletmişdir.
Hər birimizə məlumdur ki, 1995-ci il 12 noyabrda memarı Ulu Öndər Heydər Əliyev olan və ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında dilimiz Azərbaycan dili adlandırıldı. Bu məsələ Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində öz əksini belə tapdı: «Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».
Ümummilli Liderin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş tətbiqinə və həmin tarixdən 1 avqust – Azərbaycan əlifbası günü kimi qeyd olunmasına başlanılmışdır.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin çıxışı zamanı söylədiyi fikirlər olduqca əhəmiyyətlidir: “Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir”.
Həyatını doğma xalqının, vətəninin intibahına həsr edən Ulu Öndər Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib. Onun dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi müqəddəs fikirlər hər birimizin yaddaşına bir aforizm kimi əbədi həkk olunub: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə iladə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hislərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünku inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.
Sonda, Azərbaycan dilinin mükəmməlliyini ifadə etmək üçün Ulu Öndərimin bir xatirəsini yada salmaq istəyirəm: “Yadımdadır, mən bir-iki dəfə ya burada, ya da Türkiyədə toplantılarda nitq söyləyəndən sonra dostum Süleyman Dəmirəl mənə deyirdi ki, sən şeir oxudun. Deyirdim ki, yox, mən nitq söylədim. O deyirdi ki, bilirəm, amma Azərbaycan dili o qədər şeir dilidir ki, bəzən fərqinə varmaq olmur ki, nitq söyləyirsən, yaxud şeir deyirsən”.
Azərbaycan dilinə tarixi xidmət Ümummilli Lider siyasətinin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin dövründə daha böyük miqyasda davam etdirilməkdədir. Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı sahəsində atılan əhəmiyyətli addımlardan biridir.Sənəddə qeyd olunduğu kimi, Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir. Cənab İlham Əliyev də hər zaman çıxışlarında ana dilinin, ədəbiyyatın rolunu önə çəkərək, bu məsələlərdən dönə-dönə bəhs etmişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.