Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gəncənin ekoloji problemləri. Torpaq və su ehtiyatlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.
AMEA Gəncə Bölməsində keçirilən tədbirdə bölgənin ekoloji problemləri müzakirə edilib.
Dəyirmi masanı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev müasir dövrdə ekoloji problemlərin daim diqqətdə saxlanılmasının aktuallığını vurğulayıb. Gəncə və onun ətraf bölgəsində çalışan alim və tədqiqatçıların bu coğrafiyanın təbiəti və insan resursları üçün birbaşa və dolayısı ilə təhlükə yarada bilən məsələlərin həlli yönündə fəaliyyətlərinin gücləndirməsinin vacibliyini qeyd edib.
Sonra alimlərin elmi məruzələri dinlənilib, ekoloji problemlərə dair digər məsələlər ətrafinda müzakirələr aparılıb.