Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi ilə Polimer Materialları İnstitutu (PMİ) arasında əməkdaşlıq müqaviləsinə imza atılıb. Müqaviləni AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və PMİ-nin direktoru Bəxtiyar Məmmədov imzalayıblar.
Beş il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən, tərəflər birgə elmi-tədqiqat işləri, akademik araşdırma və informasiya mübadiləsi aparacaqlar. Həmçinin gənc kadrlar hazırlanması, elmi əsərlər, məqalə və monoqrafiyaların nəşri də müqavilənin şərtlərinə daxildir.