Axşam saatlarından Gəncəyə yağan qar bir neçə saat içində yeri tamamilə ağ örpəyə bürüyüb. Qarın qalınlığı 2-3 santımetrədək qalxıb.
Qar ciddi fəsadlar törətməsə də küləklə müşahidə olunan yağıntı avtomobillərin hərəkətində çətinliklər yaradır. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Bütün bunlara baxmayaraq yağan qar həm uşaqların, həm də böyüklərin ürəyincə olub.
Qeyd edək ki, Gəncəyə son illər güclü qar yağması müşahidə edilmir. Sonuncu dəfə təxminən 5 il öncə bu şəhər sakinləri qar görüb.