AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün UEFA-ya müraciət edib.
Bu barədə AZƏRTAC-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.
UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən “Metropolitano” stadionu da final oyununa ev sahibliyi etməyə namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.