YAP Gəncə şəhər təşkilatında 2016-cı ilin 2-5 aprel tarixlərində müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin səkkizinci ildönümünə və yanvar, fevral, mart aylarında ad günü olan şəhidlərimizin xatirəsinə həsr edilən tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhər ictimaiyyətinin nümayəndələri və Vətən Müharibəsi şəhidlərinin ailə üzüvəri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, unudulmaz Vətən oğullarının məzarını ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər,
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yanvar, fevral və mart ayında ad günü olan şədidlərimizin şərəfli ömür və döyüş yolundan yolundan bəhs edən videoçarx nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Aprel döyüşlərinin tarixi ədalətin, zəfərin başlanğıcı olduğunu diqqətə çatdırıb. Adil Tağıyev bildirib ki, Aprel qələbəsi xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdi.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb. Dördgünlük Aprel döyüşlərindən, güclü ordumuzun bu şərəfli döyüşlərdə göstərdikləri şücaəti xüsusi ilə qeyd edən Bayram Aslanov bildirilib ki, Azərbaycan xalqının əldə etdiyi böyük qələbənin əsası məhz Aprel döyüşləri ilə qoyulub.
Şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, şəhid Canlar Cavadovun həyat yoldaşı Vüsalə Cavadova çıxış edərək, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.
Tədbir Gəncə Tibb Kollecinin tələbələrinin hazırladığı ədəbi-bədii kompazisiya ilə başa çatıb.