Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri Zakir İbrahimov vəfat edib. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Zakir İbrahimov Tovuzda torpağa tapşırılacaq.
Qeyd edək ki, Zakir İbrahimov ADAU-nun Meşəçilik kafedrasının müdiri idi.
Allah rəhmət eləsin!