Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən ekoloji təmizlik aksiyası keçirilib.
Universitetin Tələbə Gənclər Təşkilatı tərəfindən Aqronomluq, Torpaqşünaslıq və Aqrokimya fakültələrinin tələbələrindən ibarət 60 nəfərlik könüllü qrupu ADAU-nun Tədris-təcrübə təsərrüfatında ekoloji təmizlik aksiyasında iştirak ediblər.