ADAU-da “Gəncliyini məsuliyyətli yaşa!” layihəsi keçirilib.
Layihə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ev sahibliyi, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin, Azərbaycan Texnologiya Universitetinin və ADAU Aqrar Gənclər Təşkilatının əməkdaşlığı ilə həyata keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd, Gəncə şəhərində təhsil alan region gənclərinə ictimai öhdəliyi təbliğ etmək və onların şəxsi bacarıqlarının inkişafına dəstək olmaqdır.
Layihə çərçivəsində 6 günlük təlimlər və 1 günlük müsabiqə ADAU-da təşkil olunub.
Yekun bağlanış mərasimində müsabiqə qalibləri hədiyyələrlə və bütün iştirakçılar isə sertifikatla təltif olunublar.