Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.