İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məshəti Gəncəvi Mərkəzində İsveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Pendir Bölüşməsi” adlı fotosərgi keçirilib. Sərgidə fotoqrafın 36 əsərləri nümaiş etdirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Həsən Məmmədov çıxış edərək, Gəncənin beynəlxalq əlaqələri haqqında məlumat verib. Bu günkü tədbirin də həmin əlaqələrin bariz nümunəsi olduğunu qeyd edib.
Sərgi haqqında qisa məlumat verən İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini xanım Liliana Pesçini bildirib ki, şəkillərdə 1739-cu ildən İsveçrədə keçirilən “pendir bölüşdürmə” festivalı öz əksini tapıb.
“Gəncə şəhəri mənə xoş təəsürat bağışladı, burada qədimiliklə müasirliyin sintezi var. Şəhərdə qədimlik qorunmaqla aparilan abadlıq işləri şəhərə füsünkar gözəllik verib və ona ecazkar görüntü bəxş edib.Bu sərginin təşkilində bizə yaradılan şərait üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cənablarına təşəkkürümü bildirirəm”- xanım Liliana Pesçini Gəncədə olmaqdan, keçirilən tədbirlərdən məmnunluğunu dilə gətirib.
Çıxışına Azərbaycan dilində başlayan fotoqraf Sedrik Kristofer Alp dağlarında olan gözəl mənzərələrin daha fərqli formasının Azərbaycanda yerləşən Kiçik Qafqaz dağlarında olduğunu bildirərək bu yerlərin də fototolarını çəkib İsveçrədə nümayis etdirəcəyini bildirib.
Qeyd edək ki, sərgidəki şəkillər İsveçrədə keçirilən “Pendir Bölüşməsi” layihənisini tərənnüm edir.
Bəhmən Məmmədov