YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyində gənclərin bilik səviyyəsi, dünyagörüşü və intellektinin yüksəldilməsi onların sağlamdüşüncəli, dünyagörüşlü vətəndaş kimi yetişdirilməsi üçün “Müzakirə klubu” fəaliyyət göstərir. Klub fəaliyyətə başladığı ilk gündən böyük maraq yaradıb, fəal gəncləri ətrafına toplaya bilib.
Həftədə bir dəfə keçirilən müzakirədə azərbayçılıq, dövlət, dövlətçilik, tarixi keçmişimiz, mədəni inkişafımız, milli və mədəni dəyərlər kimi mövzular müzakirə olunur və gənclər bu mövzu ilə bağlı düşüncələrini bölüşürlər.
Bu dəfə isə gənclərin “İnsan xarakterini formalaşdıran amillər” mövzusunda müzakirə aparıb, xarakteri formalaşdıran müxtəlif amillərdən danışıblar.
Sonda gənclər xarakterin insanın özü tərəfindən və mühitin təsiri ilə formalaşdırılır fikiri ilə razılaşıblar.
Bəhman Məmmədov