“Kapital Bank” Facebook və Twitter sosial şəbəkə istifadəçiləri üçün yeni müsabiqə keçirir.

Şərtlərə görə, istifadəçilər www.gozleme.az saytına daxil olub, “Nəyi gözləmək istəmirsiniz?” sualına cavab verib, Facebook və Twitter sosial şəbəkələrdəki şəxsi profil səhifəsində #gozleme həştagi ilə paylaşmalıdırlar.

Fevralın 23-də keçiriləcək tiraj zamanı 11 istifadəçinin hər biri 500 manat qazanacaq. Lotereyada iştirak üçün istifadəçilər heç nə ödəmirlər və iştirak pulsuzdur. Bir profilin sahibi yalnız bir dəfə qeydiyyatdan keçib, lotereya iştirakçısı ola bilər. Ətraflı məlumat üçün – www.gozleme.az-dan əldə etmək olar.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.