Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərib.

Bu barədə ATƏT DTİHB-un mətbuat ofisi məlumat yayıb. Bildirilib ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.