Gəncədə şəhər orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi  keçirilib.

Müsabiqənin şəhər mərhələsində 156 şagird iştirak edib. Oxuduqları sinif fərqi nəzərə alınmaqla onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən iki variant üzrə 12 açıq sual verilib. Həmçinin müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.

Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənməkdir. Həmçinin mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.