Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Qurultay öz tarixi qərarını çıxardı. Azərbaycan xalqının istək və arzularının bir ifadəsi olaraq, Partiyanın Sədri, cənab İlham Əliyevin qarşıdan gələn növbədənkənar  prezident seçkilərində namizədliyi yenidən irəli sürüldü. Yeni Azərbaycan Partiyası yarandığı gündən fəaliyyətinin bütün istiqamətlərini milli maraqlar müstəvisində qurub. Bünün üçün də YAP tərəfindən irəli sürülən namizəd birmənalı şəkildə xalqın istəyi ilə seçkiyə qatılır. Bu da təbii olaraq YAP-ın namizədinin seçkidə yüksək dəstək əldə etməsini şərtləndirir.

Yeni Azərbaycan Partiyasının namizədi Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildə əldə olunan nailiyyətləri saymaqla qurtaran deyil. Bu müddət ərzində ölkəmizin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd etmək yetərli olar.

Azərbaycan Respublikası Prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün regionları kimi, Gəncə şəhəri də sosial və iqtisadi sahədə daha yüksək templə inkişafının təmin edilməsində yeni uğurlara izma atıb. Cənab İlham Əliyevin xeyir-duası ilə qısa zaman kəsiyində Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhərin ən ucqar nöqtələri, yaşayış sahələri, qəsəbələri hamının gözü önündə dəyişərək, yeni görkəm alıb. Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olub.

Odur ki, gəncəlilər ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük ümid, etimad göstərir, qarşıdan gələn prezident seçkilərində ölkə rəhbərini dəstəkləməyə hazır olduqlarını bildirirlər. Çünki Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən müdafiə olunması ölkədə intibahın, siyasi sabitliyin, əmin-amanlığın və inkişafın qarantıdır.

Pərvin Kərimzadə,

Millət vəkili, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri