Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənc Psixoloqlar İctimai Birliyinin tərəfdaşlığı və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə Gəncədə “Gənc Beyin” layihəsi çərçivəsində Gəncə  şəhərində təlim təşkil olunub.

Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, “ASAN Könüllüsü” Həsənxan Həsənxanlının rəhbəri olduğu layihənin əsas məqsədi gənclərdə özünəinam hissinin, liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.

Təlimçi Aynur Şıxlı tərəfindən keçirilən təlimdə “Bədən dili və ondan istifadə”,“Ünsiyyətdə empatiya hissi”,“Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları gündəmə gətirilib.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.