Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib. Region gənclərinin inkişafını, o cümlədən gənclərin məşğulluğunun artırılmasına xüsusi həssaslıqla yanaşan millət vəkili gəncləri ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyib.

Seçicilərini dinləyən Naqif Həmzəyev onlardan bəzilərinin qarşılaşdığı problemlərin həlli istiqamətində konkret addımlar atıb. Məşğulluqla bağlı müraciətlər yerindəcə həll olunub, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 8 gənc daimi işlə təmin edilib.

Daha sonra millət vəkili sosial və tibbi yardımlarla bağlı müraciət edən bir qrup seçici ilə də görüşüb. Naqif Həmzəyev ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Qeyd edək ki, davamlı olaraq təşkil edilən belə qəbullar zamanı millət vəkili Naqif Həmzəyev vətəndaşların şikayətlərini dinləyir, aidiyyəti məsələlər barədə onlara məsləhət verir, müəyyən qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndərir.