Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı keçirilən “İlin könüllüsü 2017” müsabiqəsinə qatılıb.
Müsabiqənin əsas məqsədi ölkədə könülllü gənclər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı və çalışdığı komanda arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına səfərbər olunmasıdır.
ÜlviyyəMahmudova illərdi heç bir maddi gəlir güdmədən öz dəyərli zamanını və əməyini gənclər və uşaqlar arasında kitab oxumağa marağının artması üçün sərf edib. O, bu könüllü missiyasını çox gözəl yerinə yetirməyi bacarır. Özü çox gənc olmasına baxmayaraq neçə neçə gənc və uşaqlarda kitab oxumağa maraq yaradıb.
Bildirək ki, “İlin Könüllüsü-2017” layihəsi Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində həyata keçirilir. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir.