Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində xalqımızın qan yaddaşı 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Mərkəzin rəsm, bədii qiraət, ingilis dili dərziıik dərnəyinin uşaqları hazırladıqları şeirləri, səhnəcikləri, mahnıları şəhidlərimizə ithaf ediblər. Toxuculuq dərnəyinin üzvləri şəhidlərimzə qərənfillər toxuyublar.
UGİM-nin kollektivinin iştirak etdiyi dəyirmi masada Mərkəzin direktoru Sevinc Ələkbərova uşaqlara 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək, xalqımızın qan yaddaşına çevrilən 20 Yanvarın təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunan qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Şagirdlər faciə qurbanlarına həsr edilmiş şeirlərlə şəhidlərimizin əziz xatirəsin yad ediblər.