Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

YAP Gəncə şəhər Təşkilatında Ümummilli liderimiz Heyər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev dühasının məhsulu-müstəqil Azərbaycan” adlı dəyirmi masa keçirilib.

Tədbir ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbiri  giriş sözü ilə  YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbənin müdiri Hüseyn Budaqov açaraq bildirib ki, müstəqil Azərbaycanın  bu günkü zəfərləri, qüdrətli  yüksəlişi ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus dühadır. Dahi şəxsiyyətin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Böyük Heydər Əliyevin zəngin irsi daimidir və əbədidir. Müstəqil Azərbaycan yaşadıqca Heydər Əliyev İdeyaları da daim yaşayacaq.

“Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəldib”-Hüseyn Budaqov deyib.

YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə çıxış edərək, bildirib ki, Heydər Əliyev – həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, mərhumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir.

ADAU-nun baş müəllimi Elgün Aslanov çıxışında ulu öndər Heydər Əliyevin hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxını dilə gətirib. Bildirib ki, bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.

2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müəllimi Elçin Axundov qeyd edib ki, ümummilli liderin həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Gənclərdən Surxay Məmmədov, Tamella Əsgərova, Lamiyyə Məmmədova cıxış edərək, bildiriblər ki, Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videocarx nümayiş etdirilib.