Azərbaycan Dövlət Aqrar Universitetin Aqronomluq fakültəsinin su bioehtiyatları və akvabitkilər ixtisasının III kurs tələbəsi Fəqan Musazadə tək təhsildə deyil, idmanda da layiqli nəticələr əldə edir, təmsil olduğu kollektivə şöhrət gətirir.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, Fəqan bu günlərdə Bakı şəhərində, əl oyunları sarayında keçirilən BUDO və Kyokusin Karate döyüş növləri üzrə dünya çempionatında I yarm finalda Liviyalı döyüşçünü məğlub edərək finala çıxıb. Final döyüşlərində isə iranlı döyüşçünü nakaulta salaraq I yerə  layiq görülüb, 14 dövlətin qatıldığı bu yarışda Azərbaycan bayrağını yüksəldib. Fəqan II dan  qara kəmər ustasıdır. 13 illik idman karyerasında 3 dəfə Qafqaz, 3 dəfə Qarabağ, 2 dəfə Beynəlxalq ,8 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu olub. 3 dəfə fərqli vaxtlarda imtahan verərək müəllimlik dərəcəsinə sahiblənib. Əldə etdiyi idman uğurlarına görə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fəqanı təbrik edib, onu 2 saylı tələbə evininin idman klubuna 0,5 ştat vahidi məşqçi vəzifəsinə işə götürüb.

İndi Fəqan Musazadə ilə tək oxuduğu fakültə yox, ADAU ailəsinin bütün üzvləri fəxr edir.