Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Bakı İdman Sarayında keçirilən budo döyüş növləri üzrə dünya kuboku yarışında uğurla iştirak ediblər. Əməkdar məşqçi Anar Məmmədovun rəhbərlik etdiyi komandanın üzvləri Ağamir Məmmədov (24 kq) I, Rəsul Tağızadə (28 kq) I, Məftun Orucov (45 kq) I, Rəşad Hüseynov (56 kq) I, Nəriman Rüstəmov (66 kq) I, Tural Musazadə (75 kq) I və  Ruslan Dünyamalıyev (40kq) II yerlərə layiq görülüblər.

Turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançı mübarizə aparıb.

İdmançılar budo döyüş növünün semi kontakt, ful kontakt, layt kontakt, fri kontakt, S-1, B-1, F-1, silahlı kata, kata, “submission” və “self defens” versiyaları üzrə güclərini sınayıblar.