Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə, 12 noyabr – Konstitusiya Gününə həsr edilmiş stolüstü tennis idman növü üzrə şəhər çempionatına start verilib.
Çempionatda ali və orta ixtisas təhsili müəsissələrinin, peşə məktəb və liseylərin tələbələri qalib adı uğrunda mübarizə aparıblar.
Yarışlar şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.