Peşəkarların, həvəskarların, fotonu sevən hər kəsin qeyd etdiyi Beynəlxalq Fotoqraflar Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsul geniş ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib.

Fotonun alınma üsulu Lui Jak Manda məxsusdur. Fransa hökuməti bu perspektivli işin patentini alaraq onu “dünyaya hədiyyə” adlandırıb. Hazırki yüksək keyfiyyətli fotoqrafiyanın ilk “rüşeymi” bu tarixlə əlaqələndirilir.

Azərbaycanda da foto işi hələ XIX əsrin sonlarında inkişafa qədəm qoyub. 20-ci əsrin əvvəllərindəki Bakı istedadlı fotoqrafları və gözəl fotoları ilə fəxr edib.

Ölkənin müasir paytaxtında 1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyi (AFB) Respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və fotoqrafların ilk rəsmi cəmiyyəti yaradılıb.