ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu   şəhid ailələri, I və II qrup, İkinci Dünya müharibəsi və Çernobıl əlillərini sağlamlıq və istirahət mərkəzilərinəgöndərməkdə davam edir. Belə ki,  Fond “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq bu ilin aprelindən indiyədək DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi 40 vətəndaşa respublikanın müxtəlif bölgələrindəki kurort, sanatoriya və istirahət mərkəzlərinə göndərişlər verib. 34 nəfər Naftalandakı sanatoriya və müalicə mərkəzlərinə, 4-ü Lənkərandakı müalicə mərkəzinə, 2-si isə Nabrandakı istirahət mərkəzlərinə putyovka alıb.

Qeyd edə ki, göndərişlər müraciət əsasında və növbəli şəkildə verilir. Ümumilikdə, bu ilin yaz-yay mövsümü başlayandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1015 əlil istirahət mərkəzlərinə göndərilib. Cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.