Әhalinin sağlamlığının qorunmasında yaşıllıqların әhәmiyyәti misilsizdir. Yaşıllıq iqlimi, havanı mülayimlәşdirir, atmosferin kimyәvi çirklәndiricilәrinin bir hissәsini udur, hәmçinin tәbii fon şüalanması vә sәs-küyün azaldılması kimi funksiyaları yerinә yetirir.

Gündən-günə gözəlləşən 4 min yaşlı Gəncə şəhərində geniş vüsәt alan abadlıq vә quruculuq işlәri ilә yanaşı yaşıllıq zolaqları da diqqәt mәrkәzindәdir.

Havaların isti keçməsi ilə əlaqədar “Gəncəçay” park-bulvar kompleksində də mövcud yaşıllıqlara davamlı aqrotexniki qulluq göstərilir, onların qorunması üçün zəruri tədbirlər həyata keçirilir, ərazilər suvarılır və alaq otlarından təmizlənir.