İyul ayının 21-də Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin və “Avropa Gənclər Paytaxtı- 2016” İctimai Birliyinin  təşkilatçılığı ilə “Yerində tarix” adlı  eko tur həyata keçiriləcək.

Göz oxşayan zəngin təbiətə ilə görənləri heyran edən   Göygöl rayonunun Zurnabad kəndində reallaşacaq layihədə 60-a yaxın fəal gənc iştirak edəcək.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bildirib ki, eko turun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkil etmək, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış etməkdir.

Eko tur Göygöl rayonunun Zurnabad kəndində yerləşən  tarixi abidələrə və qədim Gəncə Qalasına yürüşlə başlayacaq. Ekotur zamanı hərbi-vətənpərvərlik, şəxsi keyfiyyətlərin inkişafı mövzularında təlimlər, açıq havada mədəni-kütləvi idman proqramlar, Gəncənin tarixinə, mətbəxinə, tarixi şəxsiyyətlərinə həsr edilən intellektual yarışlar və  müxtəlif oyunlar təşkil olunacaq.

Sonda fəal gənclər sertifikatlarla təltif ediləcəklər.